Türkiyənin Kütahya şəhərində baş tutan toylardan birində qanlı hadisə baş verib.

Metbuat.az Türkiyə KİV-nə istinadla bildirir ki, mərkəzə bağlı Seydiköydə yaşayan İbrahim Ağda adlı şəxs oğluna sünnət toyu edib. Əyləncə zamanı toyda iştirak edən şəxslərdən bəziləri tüfəng, tapançalarla havaya atəş açıblar. Tüfəngdən açılan güllə səbəbi ilə qonaqlardan biri hadisə yerində keçinib.

Əraziyə dərhal polis əməkdaşları gəlib. Polis hadisə ilə bağlı araşdırmaya başlayıb.

Aysel Yaqubqızı / Metbuat.az