Rusiya prezidenti Vladimir Putin Avropa ölkələrini qəzəbləndirən qərara imza atıb.

Metbuat.az-ın məlumatına görə, Kreml rəhbəri hərbi birliklərə Ukrayna, Belarus, Rumınıya, Polşa və Almaniya şəhərlərinin adlarının verilməsinə dair fərman imzalayıb. Onların arasında Berlin, Varşava, Lvov və digər şəhərlər var.

Məsələyə münasibət bildirən rusiyalı rəsmilər qeyd edib ki, hərbi birliklərə Avropa şəhərlərinin adının verilməsi ilə bağlı ilk addım hələ 1944-cü ildə atılıb. Lakin o vaxt sənəd icra olunmayıb. Qərarın indi qüvvəyə minməsi insanlarda vətənpərvərlik ruhunun yüksək səviyyədə saxlanılması məqsədi daşıyır.

Sübhan / METBUAT.az