ABŞ-ın qərbindəki Kaliforniya, Yuta və Kolorado ştatlarında meşə yanğınları davam edir.

Metbuat.az "Milliyyet.com"a istinadla bildirir ki, Kaliforniyanın şimalındakı yanğını külək, yüksək istilik və quraqlıq səbəbi ilə söndürmək mümkün olmayıb.

Təhlükəsizlik xidmətləri keçən həftə çıxan yanğının təxminən min ev və mənzili təhlükə altına aldığını bildirib.

Hazırda, yanğına təyyarə, vertalyot və buldozerlərlə müdaxilə edilir.

Aysel Yaqubqızı / Metbuat.az