Şahzadə Harri ilə ailə qurduqdan sonra daha da populyarlaşan Meqan Marklın qarderobuna noyabr ayından bəri 1 milyon dollardan çox pul xərclənib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssis Keyt Nikola Sassekskaya hersoginyasının geyim və aksessuar kolleksiyasındakı bəzi geyimlərin qiymətini açıqlayıb. O, bildirib ki, Marklın “Givency” markasına aid olan gəlinlik paltarının dəyəri 440 min dollardan bahadır, “Stella Mccartney” ikinci gəlinliyi 157 min dollar civarındadır.

36 yaşlı hersoginyanın kral tədbirlərində geydiyi digər geyimlər də bahalıdır.