"Türkiyəyə tədarük olunacaq S-400 zenit-raket kompleksləri NATO üzvlərinə qarşı yönəlməyib".
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Nazir bildirib ki, S-400-lərin əldə olunması ABŞ-la münasibətlərə təsir edə bilməz.
Türkiyəli nazir əlavə edib: "ABŞ Prezidenti Donald Tramp Türkiyə ilə münasibətləri pozmaq istəmir".
Milli.Az