​Onun həyatındakı neçənci qadın oldun?

Adının nə olduğunun, əslində heç bir önəmi yoxdur.

Bu, bədənə və ruha görə dəyişir. Kiməsə görə ad hansısa bədəni, o bədəndə yaşadığı həzz və peşmanlıq hisslərini ifadə edir. Kiməsə görə də ruhu, o ruhda tapdığı sevgi və nifrəti. Məsələn, mən yeni tanış olduğum insandan ən son adını soruşuruam. Çox vaxt da soruşmağı unuduram. Ən pisi isə soruşub unutmaqdır. Bu hal qadınlarda deyil də, kişilərdə daha çox rastlanılır. Çoxqadınlı kişilər həyatlarındakı xanımları qarışdırmamaq üçün çox vaxt onların adlarında telefonlarında nömrələyirlər. Aygün1, Aygün2, 3...

Görəsən, nə vaxtsa biz də nömrələndik?

Kişilər deyir ki, telefonda daha çox A hərfi ilə başlayan qız adlarında qarışıqlıq olur. Onlar ən çox Aygün və Aysel adlı qızlarla danışdıqlarını etiraf edirlər. Yaddaş xəyanət edən kişilərin çox köməyinə gəlir. Çünki qadın adlarının nömrələnməsi daha çox yaddaşsızlıq problemi yaşayan kişilərdə olur. Nömrələnən adların isə yaxalanmaq təhlükəsi böyük olduğundan yaddaşı güclü olan kişilər qadınları birbaşa adları ilə deyil də, nömrələri ilə qeyd edirlər. Bir qayda olaraq, kişilər, xəyanət etmək və yaxalanmaq istəmirsinizsə, gərək yaddaşınız güclü olsun. Bu səbəblə, yaddaşsızlıq problemi çəkən kişilərə göbələk yeməklərini tövsiyyə edirəm. Mən demirəm, alimlər deyir. Çoxlu-çoxlu göbələk yeyin, amma ehtiyatlı olun, zəhərlənə bilərsiniz.

Yaddaşsızlıq problemi çəkən digər bir qrup kişilər isə qadınları telefonlarına kreativ adlarla qeyd edir. Məsələn, “Borc ver”, “Telefon ustası”, “Qaz idarəsi”, “Süd satan” və s. İndi biz hansının qurbanıyıq: Yaddaşsızlığın, yoxsa ağılsızlığın?!

Xəyalə Məmmədova


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı