Çərşənbə gününə keçən gecə İranda sərnişin avtobusunun qəzaya uğraması nəticəsində azı 27 nəfər həyatını itirib.

Milli.Az report.az-a istinadən bildirir ki, sərnişin avtobusu yanacaq daşıyan yük maşını ilə toqquşub və nəticədə yanmağa başlayıb.

ISNA-nın məlumatına görə, hadisə Kürdistan əyalətinin Senendec şəhərində qeydə alınıb.

Milli.Az