Bu gün Azərbaycan klubları üçün avrokubok mövsümünə start verilir. Milli.Az apasport.az-a istinadən xəbər verir ki, son 5 mövsümün çempionu "Qarabağ" mübarizəyə qoşuldu.

Çempionlar Liqasında çıxış edəcək təmsilçimiz I təsnifat mərhələsinin ilk oyununa çıxacaq. Ağdam klubu Sloveniyanın "Olimpiya" klubu ilə qarşılaşmada qüvvəsini sınayır.

Ardıcıl 5-ci dəfə qitənin ən nüfuzlu klub turnirində mübarizə aparacaq Qurban Qurbanovun yetirmələri ilk oyunu səfərdə keçirəcək. Lyublyananın "Stojitse" stadionunda baş tutacaq qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 22:00-da başladı.

Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 18-də keçiriləcək.

Çempionlar Liqası
I təsnifat mərhələsi, ilk oyun

11 iyul

"Olimpiya" (Sloveniya) - "Qarabağ" (Azərbaycan) - 0:0
Baş hakim: Lourense Visser
Baş hakimin köməkçiləri: Karel de Roker, Co de Veyrdt
Dördüncü hakim: Bram van Drieşe (hamısı Belçika)
Hakim-inspektor: Paulius Maljinskas (Litva)

Lyublyana, "Stojitse" stadionu.

"Olimpiya" (Sloveniya): 31. Alyaj İvaçiç, 3. Makki Baqnak, 5. Marko Qayiç, 7. Rok Kronaveter, 17. Abass İssa, 27. Aris Zarifoviç (k), 44. Dino Ştiqleç, 70. Marko Putinçanin, 77. Stefan Saviç, 90. Tomislav Tomiç, 95. Daniel Avramovski

Ehtiyat oyunçular: 41. Neyts Vidmar, 4. Leo Eyup, 8. Daniyel Mişkiç, 10. Qoran Brkiç, 21. Kinqsli Boatenq, 23. Nik Kapun, 29. Matiç Çrniç

Baş məşqçi: İliya Stolitsa

"Qarabağ" (Azərbaycan): 13. Vaqner da Silva, 2. Qara Qarayev, 5. Maksim Medvedev (k), 8. Miçel, 11. Mahir Mədətov, 17. Abdullah Zubir, 19. Filip Ozobiç, 52. Yakub Jezniçak, 55. Bədavi Hüseynov, 77. Vild-Donald Gerye, 91. Coşqun Diniyev

Ehtiyat oyunçular: 12. Şahrudin Məhəmmədəliyev, 4. Rahil Məmmədov, 6. Simeon Slavçev, 10. Dani Kintana, 14. Rəşad Sadıqov, 25. Ansi Aqolli, 30. Abbas Hüseynov

Baş məşqçi: Qurban Qurbanov

Milli.Az