Matç bu hesabla başa çatır. "Qarabağ" Bakıda keçiriləcək cavab qarşılaşması öncəsi böyük üstünlük əldə edir.
***
Matçın 79-cu dəqiqəsində "Qarabağ" hesabı açır 0-1. Komandamızın heyətində Donald Gerrye fərqlənir.
***
Çempionlar Liqasının birinci təsnifat mərhələsinin ilk matçında Ağdamın “Qarabağ” klubu ilə Sloveniyanın “Olimpiya” ilə görüşü başladı.
Publika.az xəbər verir ki, komandalar meydana aşağıdakı tərkibdə çıxıblar.
"Qarabağ": Vaqner Da Silva, Qara Qarayev, Maksim Medvedev (k), Miçel, Mahir Mədətov, Abdellah Zubir, Filip Ozobiç, Yakub Jezniçak, Bədavi Hüseynov, Donald Gerrye, Coşqun Diniyev
Ehtiyat oyunçular: Şahrudin Məhəmmədəliyev, Rahil Məmmədov, Simeon Slavçev, Dani Kintana, Rəşad Sadıqov, Ansi Aqolli, Abbas Hüseynov
"Olimpiya": Alyaj İvaçiç, Makki Banyak, Marko Qayiç, Rok Kronaveter, Abass İssa, Aris Zarifoviç (k), Dino Ştiqleç, Marko Putinçanin, Stefan Saviç, Tomislav Tomiç, Daniel Avramovski
Ehtiyat oyunçular: Neyts Vidmar, Leo Eyup, Daniyel Mişkiç, Qoran Brkiç, Kinqsli Boatenq, Nik Kapun, Matiç Çrniç