Bu il ikinci Günəş tutulması

2018-ci ildə ikinci Günəş tutulması (qismən tutulma) baş verib.

Metbuat.az-ın APA-nın xəbərinə görə, tutulma Bakı vaxtı ilə saat 05:48:23-də başlayıb, saat 07:01:05-də maksimumda olub və saat 08:13:44-də sona çatıb.

Günəş tutulması (qismən tutulma) Antarktidanın şimalını, Sakit və Hind okeanları qovşağını əhatə edib.

Qeyd edək ki, 2018-ci ildə ilk Günəş tutulması (qismən tutulma) 15 fevralda baş verib. Üçüncü tutulma isə 11 avqustda baş verəcək. Günəş tutulmalarından ikisi cənub, biri isə şimal yarımkürəsinə düşür.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR