Duz gölündə on minlərlə flaminqo

Dünyada flaminqoların kürd yatdığı ən əhəmiyyətli bataqlıq sahələrdən olan Duz gölündə bu il on minlərlə bala flaminqo yumurtadan çıxıb.

Metbuat.az-ın “Posta.com”a istinadən verdiyi məlumata görə, Duz gölünün cənubunda Aksarayın Eskil bölgəsində yumurtadan çıxan minlərlə flaminqo balası əl dəyməmiş təbiəti ilə diqqət çəkən bölgəni bir “flaminqo cənnəti”nə dönüşdürüb.

Eskil bələdiyyə başçısı Niyazi Alçay etdiyi açıqlamada Anadolunun xalq dilində “allı durna” olaraq tanınan flaminqoların Akdeniz hövzəsi içində ən çox bala dünyaya gətirdiyi bölgənin Duz gölü olduğunu deyib.

Alçay flaminqoların kürd yatma məkanı axtararkən çox seçici olduğunu və onların duzlu, bataqlıq bölgələrdə palçıqdan hazırladıqları yuvalarında kürd oturduqlarını və balalarını çıxardıqlarını bildirib.

Alçay hər il on minlərlə flaminqonun qidalanma və çoxalma üçün Duz gölünə gəldiyini bildirib. Yumurtadan çıxan flaminqolar avqust ayının sonundan etibarən Akdeniz hövzəsi ətrafına, Afrikaya və dünyanın müxtəlif yerlərinə köç edirlər.


https://metbuat.az/news/989315/dunyanin-en-qedim-m...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR