Bakıda tuneli bağlayıb şampan partladan gənclərlə bağlı ARAŞDIRMA BAŞLADI - AÇIQLAMA

Bakıda tuneli bağlayıb şampan partladan gənclərlə bağlı ARAŞDIRMA BAŞLADI - AÇIQLAMA
12:34 16 İyul 2018
75 Digər
Ölkə mətbuatı
A- A+

Bir neçə gündür sosial şəbəkələrdə Bakının mərkəzi küçələrindən birində bir qrup gəncin nəqliyyatın intensiv hərəkətinin olduğu tuneli bağlayaraq şadyanalıq etməsini əks etdirən video yayılıb. Məsələ ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov Lent.az-a açıqlmasında bildirib ki, həmin görüntülərlə artıq tanış olublar: “ Bu məsələ rəhbərliyə məruzə olunub və araşdırma başlayıb. Lakin həmin video keçmiş tarixə aidir. Hazırda sözügedən görüntünün tarixi, saatı və məkanı bəlli deyil. Araşdırmanın nəticəsi məlum olan kimi həmin şəxslərlə bağlı qanunvericiliyə uyğun sərt tədbirlər görüləcək”.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/305876

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR