Helsinkidə Tramp və Putin arasında görüş başlayıb

Helsinkidə Tramp və Putin arasında görüş başlayıb
15:19 16 İyul 2018
21 Digər
Ölkə mətbuatı
A- A+

Finlandiyanın paytaxtı Helsinkidə ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin arasında görüş başlayıb.

 

APA-nın xəbərinə görə, əvvəlcə dövlət başçıları tərcüməçilərin iştirakı ilə tet-a-tet söhbət edəcəklər. Sonra nümayəndə heyətlərinin iştiraklı ilə danışıqlar aparılacaq.

 

Əsas müzakirə mövzuları ikitərəfli əlaqələr, Suriya və Ukraynada vəziyyət, eləcə də strateji hücum silahlarının ixtisarı olacaq. D. Tramp Rusiyanın ABŞ-dakı 2016-cı il prezident seçkilərinə müdaxiləsi məsələsini də qaldıracağını bildirib.

 

 

Hər hansı rəsmi sənədin imzalanması gözlənilmir.

 

Görüşün yekunlarına dair mətbuat konfransı keçiriləcək.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/305888

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR