Trampa Putin qapalı görüşdən öncə danışdı

Trampa Putin qapalı görüşdən öncə danışdı
16:13 16 İyul 2018
35 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Tramp Helsinkidə qapalı görüşdən öncə mətbuata qısa açıqlama veriblər.

Publika.az
xəbər verir ki, Putin ABŞ-la Rusiya arasında daimi əlaqənin mövcud olduğunu bildirib.

“Biz telefonla danışıqlar aparmışıq, müxtəlif tədbirlərdə görüşlər keçirmişik. Artıq ikitərəfli münasibətlər və dünyadakı “ağır nöqtələr” haqqında danışmağın vaxtı çatıb. Bu məsələlərə kifayət qədər çox diqqət ayırmaq lazımdır”, - deyə Rusiya lideri vurğulayıb.

Tramp Moskva və Vaşinqton arasında yaxşı münasibətlərin olduğuna diqqət çəkib.

“Bizim ölkələrin münasibətlərimizi qaydaya salmaq üçün böyük imkanı var”, - deyə o bildirib.

Tramp Putini futbol üzrə dünya çempionatının təşkilatçılığına görə təbrik edib. Danışıqların açıq hissəsi əl sıxmaqla başa çatıb. Görüşün 45 dəqiqə olacağı planlaşdırılır.

Asif


Xəbərin orijinal ünvanı: https://publika.az/news/abs/247528.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR