Dövlət qulluğuna qəbul üzrə test imtahanında 489 nəfər uğur qazanıb

Dövlət İmtahan Mərkəzi (DİM) dövlət qulluğuna qəbul üzrə müsabiqənin iyunun 30-da keçirilmiş test imtahanı mərhələsində iştirak üçün qeydiyyatdan keçmiş namizədlərin ixtisasları üzrə statistik məlumatı açıqlayıb.

Metbuat.az xəbər verir ki, inzibati icraçı vəzifələr (B növü) üzrə iyunun 30-da keçirilmiş dövlət qulluğuna qəbul üzrə test imtahanında iştirak üçün qeydiyyatdan keçmiş 1228 namizəddən 489-u (39,8 faiz) uğur əldə edib.

İmtahanda iştirak üçün qeydiyyatdan keçənlər (1228 nəfər) üzrə ali təhsil ixtisasları iqtisadiyyat və idarəetmə ixtisaslar qrupuna aid namizədlər çoxluq (440 nəfər - 35,8 faiz) təşkil edir. Ən çox uğur qazananlar da bu ixtisaslar qrupunun payına düşür – 174 nəfər (14,2 faiz).

Ali təhsil ixtisasları mədəniyyət və incəsənət ixtisaslar qrupuna aid imtahanda iştirak edənlərin sayının (15 nəfər) faiz göstəricisi imtahanda iştirak üçün qeydiyyatdan keçənlərin ümumi sayına (1228 nəfər) nisbətdə təxminən 1,2 faiz təşkil edir ki, bu da iştirakçı sayına görə ən aşağı göstəricidir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR