Çempionlar Liqasının I təsnifat mərhələsinin sabah keçiriləcək "Qarabağ" - "Olimpiya" qarşılaşması üç futbolçu üçün yubileylə əlamətdar ola bilər.

Milli.Az apasport.az-a istinadən məlumatına görə, Dani Kintana, Rəşad Sadıqov və Ansi Aqolli yubileyin astanasındadı.

Kintana "Qarabağ"ın heyətində 30-cu avrokubok görüşünü keçirə bilə. O, ağdamlılarla 29 qitə miqyaslı matçda forma geyinib.

Sadıqov isə komandasının heyətində 20-ci Çempionlar Liqası görüşünə çıxmağa hazırlaşır. O, qitənin ən nüfuzlu klub turnirində 19 dəfə Ağdam təmsilçisinin şərəfini qoruyub.

Aqolli isə "Qarabağ"da ümumilikdə 300-cü matçını gözləyir. Hesabında 299 qarşılaşma olan müdafiəçi Sloveniyadakı matçı buraxsa da, Tofiq Bəhramov adına Respublika stadionundakı görüşdə yubileyi rəsmiləşdirə bilər.

Milli.Az