Türkiyə Silahlı Qüvvələrinin PKK terrorçularına qarşı hava əməliyyatı davam edir.

Metbuat.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Siyirt bölgəsinin icra hakimiyyətinin açıqlamasında bildirilir ki, bölgə polis komandanlığı tərəfindən Eruh rayonunun Akmeşe kəndində pilotsuz təyyarə vasitəsi ilə yerləri müəyyənləşdirilən bir qrup PKK terroristinə qarşı hava dəstəkli əməliyyat təşkil edilib.

Əməliyyatda 4 PKK terrorçusu məhv edilib ki, onlardan da ikisi qadındır. Əməliyyat axtarış nəticəsində minamyot, pulemyot, 3 Kalaşnikov avtomatı, çox sayda silah, döyüş sursatı və partlayıcı maddələr ələ keçirilib.

Qeyd edək ki, bölgədə hava dəstəkli əməliyyat davam edir.