Venesuela prezidenti Nikolas Madura, 2018-ci il FİFA Dünya Çempionatı barədə maraqlı açıqlama verib.
Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, prezident Madura qatıldığı rəsmi tədbirdə çempionat barədə bildirib ki, kuboku Fransa milli komandası qazansa da, daha çox Afrika komandasına bənzəyirdi: “Əslində kuboku Afrika qazanıb, onlar Fransaya çatmağı bacaran afrikalı miqrantların uşaqlarıdır.
Madura Avropada afrikalılara qarşı irqçiliyin və ayrı-seçkiliyin bitməsi çağırışını edərək deyib: “Ümid edirəm Fransa və Avropa, cənublular, afrikalılar, Latın amerikalılar və bizim hörmətli və güclü olduğumuzu təqdir edəcək”.
Venesuela dövlət başçısı bildirib ki, Fransa Afrikanı nə qədər bəyənməsə də, kuboku afrikalı futbolçular və afrikalıların övladları sayəsində qazandı.
Günay Elşadqızı / METBUAT.AZ