Filmlərdən şahzadələrin ən gözəl libasları - FOTO

Filmlərdən şahzadələrin ən gözəl libasları - FOTO
13:33 21 İyul 2018
Ölkə mətbuatı
A- A+

Uşaqlıqda Marqaret Mitçelin romanı əsasında çəkilən "Küləklə sovrulanlar" filmini izləyərkən baş rol qəhrəmanı Skarlett Oharanı canlandıran Vivyen Linin dəbdəbəli libaslarına heyranlıqla baxardıq. Büzmə haşiyələr, bantlar və şahzadə tərzinin digər atributları son dərəcə valehedici görünürdülər.

Daha bir "Roma tətilləri" kult filmində aktrisa Odri Hepbern öz geyimləriylə tamaşaçıları heyran edib. Adıçəkilən film 1953-cü ildə lentə alınmasına baxmayaraq, ulduzun obrazları günümüzədək modapərəstləri valeh etməyə davam edir. Həmkarlarından fərqli olaraq, süjetə görə Yuber de Jivanşinin əsl ilham pərisi olan Odri kral ailəsinin əsl təmsilçisi idi, amma bunu ciddi-cəhdlə gizlədirdi.

Digər ekran şahzadəsi Sissi öz gözəlliyinə görə aktrisa Romi Şnayderə borcludur. Bu qəhrəmanının qarderobunu kral sarayının ən yaxşı ənənələrini özündə birləşdirən ən dəbdəbəli paltarlar təşkil edirdi.

Yeni şahzadələrə müasir kinematoqrafda da yer verilib. 1998 ildə lentə alınan "Əbədi sevgi əhvalatı" filmindən başlayaraq, 2017-ci ildə çəkilən "Gözəl və Bədyehbət" kimi məşhur nağılları ekrana köçürülüb. Hər iki ekran əsərinin qəhrəmanları orta əsrlər dövrünün adlı-sanlı qızlarının obrazlarını xatırladan və döşəməyə qədər uzanan dəbdəbəli paltarları ilə sözün əsl mənasında öyünə bilər.

Publika.az modapərətlər üçün filmdə şahzadə rollarını canlandıran qəhrəmanların yadda qalan ən gözəl paltarlarını toplayıb.

Aytən


Xəbərin orijinal ünvanı: https://publika.az/news/deb/248067.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR