Dodaqlarınızı qırmızı pomada ilə vurğulayın - İstənilən zövqə uyğun axşam makiyajları - FOTO

Dodaqlarınızı qırmızı pomada ilə vurğulayın - İstənilən zövqə uyğun axşam makiyajları - FOTO
17:13 21 İyul 2018
Ölkə mətbuatı
A- A+

Qırmızı dodaq boyası ilə makiyaj həm gündüz, həm də axşam görüşləri üçün uğurlu variantdır. Bu gün kosmetika markaları sarışın, qarabuğdayı, ağ dərili və kürən xanımları məmnun etmək üçün qırmızı rəngin rekord miqdarda çalarlarını buraxırlar.

Publika.az xəbər verir ki, gecə makiyajlarında qırmızı dodaq boyasından istifadə edərkən bir neçə nüansa diqqət etmək vacibdir. İlk növbədə əmin olun ki, ton dodaqlarınıza rəvan yayılıb. Çünki qırmızı rəng bərabər yayılmadıqda dərhal bəlli olur.

Əgər donuq (mat) dodaq boyası çəkmisinizsə, o zaman dodaqlarınızı birinci qırmızı dodaq qələmi ilə haşiyəyə alın, daha sonra içini doldurun. Parıltılı və yağlı qırmızı dodaq boyası isə qalıcı olmaya bilər, əvəzində makiyajınız möhtəşəm olacaq.

Təkcə teksturalarla ilə deyil, çalarlarla da eksperiment keçirin. Klassik qırmızı dodaq boyası istənilən dəri rəngi üçün universal seçimdir. Giləmeyvə rənglərini (moruq, albalı, nar) istifadə edə və ya şərab kimi daha tünd rənglər seçə bilərsiniz.

Hollivud ulduzları qırmızı xalçaya çıxanda əsasən qırmızının müxtəlif çalarlarına müraciət edir. Bu da təsadüfi deyil. Axı qırmızı şəhvət, ehtiras, enerji və seksuallıq rəmzidir.

Modapərəstlər üçün kino və səhnə ulduzlarının qırmızı pomada ilə makiyajlarını seçmişik. Odur ki, ilham alın və onları təkrarlamaqdan qorxmayın. Qırmızı dodaq boyası həqiqətən hamıya yaraşır.

Aytən


Xəbərin orijinal ünvanı: https://publika.az/news/gozellik/248082.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR