Abşeronda 9 mənzili soyan şəxslər ələ keçirilib - FOTO

Abşeronda 9 mənzili soyan şəxslər ələ keçirilib - FOTO
21:05 21 İyul 2018
83 Ölkə
Ölkə mətbuatı
A- A+

Abşeron rayon polis idarəsi əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində, Saray qəsəbəsində mənzillərdən oğurluq edən Elməddin Əliyev, Tural Dəmiroğlu və taksi kimi onlar əlbir olan Yusif Əbülhəsənov saxlanılıb.

Milli.Az "Report"a istinadən bildirir ki, onlar rayonun Saray qəsəbəsində 9 mənzili qarət edərək oradan müxtəlif məişət avadanlıqları, pul və digər əşyalar oğurlayıblar.

Hadisənin digər iştirakçısı, taksi kimi fəaliyyət göstərən Yusif Əbülhəsənov isə oğurluqda özünü qismən günahkar hesab edib. O, daşıdığı malların sonradan oğurluq olduğu bilib.

Hazırda Abşeron rayon polis idarəsində vətəndaşlara dəymiş ziyanın məbləği müəyyənləşdirilir.

Faktla bağlı cinayət işi açılıb araşdırmalara davam etdirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/669986.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR