"Rusdilli təbəqə Damlaya qulaq asmır" - Elşad Xose

"Türkiyə bizə hər baxımdan göstəricidir. Qalmaqal, filankəs filankəslə evləndi, serialda filan şey oldu - bunlar hamısı bizə oradan gəlir. Zövqün formalaşmasında təsiri var. Ora da Avropadan gəlir və milliləşdirilir".

Metbuat.az -ın məlumatına görə, bu sözləri reper Elşad Xose deyib. Uzun fasilədən sonra Kamran Həsənlinin "Onda başladıq" proqramına qonaq olan sənətçi şou-biznesdən bəhs edib:

"Bizdə rusdilli və Azərbaycan dilli təbəqə yaranıb. Heç vaxt rusdilli təbəqə Damlaya və Üzeyirə qulaq asmayacaq. Bu, möhürdür... Aşağılamıram, Azərbaycan bölməsinin də zövqlü, istedadlı təbəqəsi var. Sadəcə bu biri təbəqə çoxluq təşkil edir. Amma onları da doğrudan sevirlər, səs-küy yaradırlar. Çünki onların mərkəzi var, bütün Azərbaycan indi Bakıdadır".(axşam.az)


Çində tayfun səbəbindən 400 minə yaxın insan təxliyə edilib - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR