Təhsil Nazirliyinin keçirdiyi müəllimlərin işə qəbulu üzrə imtahanında iştirak edən Göyçay rayonunun Cəyirli kənd sakini Fidan Haciyeva ən yüksək nəticə göstərib.
Milli.Az bildirir ki , o, riyaziyyat fənni üzrə bütün test suallaına düzgün cavab verərək 60 bal toplayıb. Fidan Haciyeva sualları cavablandırmaqda çətinlik çəkmədiyini deyir.
Fidan Hacıyeva qeyd edir ki, o, makimum nəticə əldə etməyi qarşısına məqsəd qoyub. Hazırda Ucar rayonunda müəllim işləyir. Bundan sonra isə fəaliyyətini yaşadığı Göyçay rayonunda davam etdirmək istəyir.
Fidan Hacıyeva müəllimlərin işə qəbulunun imtahanla keçirilməsinin həm şagird, həm də müəllimlər üçün üstünlük olduğunu bildirir. Onun sözlərinə görə, bu imtahan savadlı müəllimlərin seçilib məktəblərdə işləməsi üçün yaxşı imkandır. /xezerxeber.az
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin: