PSJ-nin qapıçısı Canluici Buffonun yeni klubundakı maaşı müəyyənləşib.

Qol.az-ın Fransa mətbuatına istinadən yaydığı xəbərə görə, 40 yaşlı qolkiper Paris təmsilçisində ayına 410 min avro qazanacaq.

Qeyd edək ki, "Yuventus"dan ayrılan C.Buffon yayda PSJ ilə 1+1 illik müqavilə imzalayıb.