Puerto-Rikodan olan müğənni, əsl ad və soyadı Luis Alfonso Rodriqes Lopes-Sepero olan Luiş Fonsinin həmvətəni Ramon Luis Ayyala Rodriqeslə (Daddy Yankee) ilə birlikdə ifa etdiyi "Despacito" ("Yavaş") mahnısı bəşər tarixində ən çox baxılan, qulaq asılan və paylaşılan mahnı olub.

Milli.Az bildirir ki, "Despacto" mahnısının klipinə YouTube-da artıq 5352409724 dəfə baxılıb.

Mahnı müxtəlif musirqi-striminq servislərində 4,6 milyard dəfə dinlənilib və paylaşılıb.

Milli.Az