Sosial şəbəkədə yayımladığı video ilə kömək istəyən 18 yaşlı Bahar Doğrul üçün Çalışma, Sosial xidmətlər və Ailə Naziri Zehra Zümrüt Selçukun təlimatı ilə çox yönlü çalışma və izlənmə başladıb.
Metbuat.az “Haberler.com”a istinadən verdiyi məlumata görə, nazir Selçukun Tvitter hesabında etdiyi paylaşımda əmisinin istismarına məruz qaldığı iddia edilən Bahar Doğrul ilə bağlı prosesin izlənilməsi üçün təlimat verdiyi bildirilib.
Paylaşımda “sosial şəbəkədə yayımladığı video ilə kömək istəyən Bahar Doğrul üçün nazirimiz Zehra Zümrüt Selçukun təlimatı ilə İzmir bölgə müdürlüyümüz tərəfindən çox yönlü çalışma aparılır, hüquqi proses davam etdirilir. Bütün ehtiyaclar nöqtəsində Çalışma, Sosial xidmətlər və Ailə Nazirliyi olaraq qızımızın yanındayıq” ifadələrinə yer verilib.