Misirin İskəndəriyyə şəhərində həyata keçirilən arxeoloji qazıntılarda tapılan qranit məzar illərdir sirrini qoruyur.
Metbuat.az “Mynet.com” istinadən xəbər verir ki, elm adamları bu məzar üçün İskəndəriyyədə indiyə qədər tapılanlar arasında ən böyüyü olduğunu bildirib.
Məzarın eramızdan əvvəl 305 ilə 30-cu illər arasında hökm sürən Ptolomey dövrünə aid olduğu güman edilir.
Qapaq və gövdə hissələri arasında bir suvaq təbəqəsinin olması, məzarın bənzərlərinin əksinə 2 min ildən artıq müddətdir heç açılmamış olduğunu göstərir. Məzarın yaxınlığında qaymaq daşı və ya su mərməri olaraq tanınan daşdan hazırlanmış büst də tapılıb.
Büstün dəfn edilmiş şəxsə aid olduğu güman edilir.


