İtaliya dağlarında 13 il əvvəl tapılan cəsədin sirrini çözmək istəyən italyan prokukorlar cəsədin kimliyini müəyyən edə bilmək üçün keçən ay üzərində adı və soyadının baş hərfləri olan xizəkçinin köynəyini, eynəyini və taxta xizək dəstinin fotosunu “Facebook”da paylaşmışdı.

Metbuat.az “Mynet.com”a istinadən xəbər verir ki, Torino prokukorluğunun “Facebook” paylaşımı ilə bağlı xəbərini yerli bir radioda eşidən Emma Nasem adlı qadın cəsədin əmisi Henri Le Masneyə aid ola biləcəyini düşünüb. İtalyan orqanlarına müraciət edən Nassemin əmisi Henri Le Masna 30 yaşlarında olarkən itib.

Henri Le Masnenin indi 94 yaşında olan qardaşı Roger Le Masne İtalyan polisinə bir lektron məktub göndərərək “Mən 64 il əvvəl itən Henri Le Masnenin qardaşıyam. Azad bir həyat tərzi olan bir adam idi. Parisdə Maliyyə Nazirliyində işləyirdi” deyib.

Ailənin polisə göndərdiyi eynəyin fotosu dağda tapılan eynəklə uyğun gəlib. Daha sonra DNT testi edilib və cəsədin 1954-cü ilin Mart ayında İsveçrə sərhəddindəki Matterhornda tək başına xizək sürərkən 3 min metr yüksəklikdə fırtınaya tutulan La Masneyə aid olduğu müəyyən edilib.

https://metbuat.az/news/998028/dunyanin-en-qorxunc...