27 yaşlı Sara Geurts Ehlers-Danlos sindromu üzündən onlarla yaş daha yaşlı görünür.
Metbuat.az-ın “Haberler.com”a istinadən verdiyi məlumata görə, Ehler Danlos sindromu bədənin kollagen istehsalının qarşısını alır və bu vəziyyət də dərinin normaldan daha tez bir şəkildə qırışmasına yol açır.
Amerikanın Minnesota əyalətində yaşayan Sara Geurtsun bədəni xəstəliyi üzündən qırışıqlıqlar içindədir. Amma xəstəliyinə əhəmiyyət verməyən gənc qadın modelliklə məşğul olur.




