Suğra Bağırzadə
Aktyor
19963-günümüz
Yollar və küçələrlə (film, 1963), Ulduz (film, 1964)[8] - Yetər, Alma almaya bənzər (film, 1975)(tammetrajlı bədii film)-rol: telefonçu qız, Şir evdən getdi (film, 1977) - aeroport işçisi, Tələ (film, 1990), Yuxu (film, 2001)-rol: maşındakı qız, Güllələnmə təxirə salınır!... (film, 2003), Sonuncu şahid (film, 2004), Qəmbər Hüseynli (film, 2007), Həyat sən nə qəribəsən (teleserial, 2013)
Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının “Fəxri Doktoru", Beynəlxalq Mükafatlar Komitəsinin “Qızıl Ulduz” və “Türk Dünyasında İlin Mədəniyyət Adamı” mükafatları, “Fayda, şərəf və şöhrət” ordeni, Azərbaycan Respublikasının əməkdar artisti (2008)
Ailəlidir. iki qızı var.
Ad,Soyad Suğra Bağırzadə
Yaş 10 Fevral 1947 (77 Yaş )
Vəzifə Aktrisa, rəssam
Yenilənmə tarixi 19-01-2017

Suğra Bağırzadə ixtisasca mühəndisdir, "Azərbaycanfilm" kinostudiyasında texniki şöbənin böyük mühəndisi vəzifəsində işləyir. O, uşaqlıqdan həyatını incəsənətə bağlamışdır. Onun ifasında "Cücələrim" mahnısı doğma Azərbaycanın hüdudlarından kənarda da tanındı. Özünün aktyorluq istedadına görə uğurla kinoda çəkilib. Onun əvvəllər güllərlə işləmək həvəsi kimi başlanan xobbisi tədricən daha bir peşəyə keçdi. Təbii güllərdən yaratdığı kompozisiyalar ona floraçı-rəssam şöhrətini gətirib. "Floristika" İncəsənətə Dəstək adlı ictimai birliyin yaradıcısıdır.

29 iyun 2015-ci ildə türk dünyası mədəniyyətinə verdiyi töhfələrə və Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin inkişafındakı xidmətlərinə görə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının “Fəxri Doktoru" adına layiq görülmüşdür. 2016-cı ildə Türk dünyası mədəniyyətinə verdiyi töhfələrə görə Beynəlxalq Mükafatlar Komitəsinin “Qızıl Ulduz” və “Türk Dünyasında İlin Mədəniyyət Adamı” mükafatlarına layiq görülüb. 16 dekabr 2016-cı ildə mədəniyyətə verdiyi böyük töhfələrə görə Beynəlxalq Təltiflər İttifaqının Birləşmiş Millətlərin İctimai Mükafat üzrə Şurası tərəfindən “Fayda, şərəf və şöhrət” ordeni ilə təltif edilib.