Pakistanda silahlı şəxslərin nəzarət-buraxılış məntəqəsinə hücum zamanı 7 hərbçi qətlə yetirilib

18:37 12 Yanvar 2015
139 Dünya
Ölkə mətbuatı
A- A+

[ 12 Yanvar 2015 18:34 ]


Bakı. Rüfət Əhmədzadə - APA. Pakistanda 40 nəfərdən ibarət silahlı qrup nəzarət-buraxılış məntəqəsinə hücum edərək 7 hərbçini qətlə yetirib.

 

APA-nın “Sabah” qəzetinə istinadən verdiyi məlumata görə, hadisə Bəlucistan əyalətinin Loralay mahalında baş verib.

 

Rəsmi dairələrdən bildiriblər ki, qarşıdurma zamanı basqınçıların əksəriyyəti yaralanıb. Onlar saxlanılıb.

 

Hücumla bağlı hələlik heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.

 

Xatırladaq ki, ötən həftə Bəlucistan əyalətində separatçılara qarşı əməliyyat keçirilib. Nəticədə 8 silahlı öldürülmüş, 15 nəfər saxlanılıb.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368817

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR