Meyiti su kanalında tapılan xanəndə Novruz Hüseynovun son videopaylaşımı ürəkləri dağlayıb.
Metbuat.az bildirir ki, xanəndə sonuncu dəfə sosial şəbəkə hesabında oxuduğu mahnının videosunu paylaşıb.
Qeyd edək ki, ötən gün xanəndə, Miryusif Mirizadə və Novruz Hüseynovun avtomobil qəzası zamanı öldüyü barədə məlumatlar yayılıb. Qəzaya düşən "Mercedes" markalı avtomobildə meyti tapılan M.Mirizadənin meytinin üzərində zorakılıq əlamətləri aşkarlanıb və ona 14 bıçaq zərbəsi vurularaq qətlə yetirildiyi məlum olub. Novruz Hüseynovun meyti isə Qarabağ su kanalının Ağcabədi rayon ərazisindən keçən hissəsində aşkarlanıb. Ekspertizaya göndərilən meytin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb. Onun su kanalında boğularaq öldüyü bildirilir.
Sözügedən görüntüləri təqdim edirik:
XƏBƏRDARLIQ: Avqustda anomal istilər gözlənilir - Rəsmi – tıklayın!