Mətbuat Şurasına üzvlük məsələsi

Mətbuat Şurasına üzvlük necə həyata keçirilir? Kimlər üzv ola bilər, kimlər ola bilməz?

Bu yazımızda Mətbuat Şurasına üzvlük məsələsindən danışacağıq.

Mətbuat Şurasının İdarə Heyətinin üzvü, əməkdar jurnalist Azər Həsrət şuraya üzvlük məsələsi ilə bağlı Metbuat.az-a açıqlamasında bildirib ki, Mətbuat Şurası bütövlükdə Kütləvi İnformasiya Vasitələrinə, əsasən qəzetlər, informasiya agentlikləri, jurnalist təşkilatları, internet saytlarına açıqdır:

“Yəni televiziya və radio kanallar şuraya üzv ola bilmirlər. Ən azı bir il fəaliyyət göstərmiş, rəsmi dövlət qeydiyyatı olan, yəni VÖEN-i, Dövlət Sosial Müdafiə fonduna ödəmələrini təsdiqləyən sənədləri, eyni zamanda işçiləri ilə müqaviləsi olan Kütləvi İnformasiya Vasitələri üzvlük üçün Mətbuat Şurasına müraciət edə bilər. Üzvlüyə Mətbuat Şurasının mütəmadi keçirilən idarə heyətinin toplantılarında baxılır. Bir qayda olaraq, deyilən sənədlər normasında olduqda, Mətbuat Şurasında üzvlüklə bağlı problem olmur. Problem yalnız o Kütləvi İnformasiya Vasitələri üçün yaranır ki, həmin KİV vasitələri reketliklə məşğul olmuş, bu və ya digər şəkildə jurnalistikadan sui istifadədə ad çıxarmış olsunlar. Yəni, onların barəsində məhkəmə qərarı olsun. Yaxud da ki, davamlı olaraq haqlarında sui istifadə ilə bağlı məlumatlar yayımlanmış olsun. Elə Kütləvi İnformasiya Vasitləri Mətbuat Şurasına üzv ola bilmirlər. Amma qalanlarla bağlı heç bir peoblem olmur”.

Hazırda şuraya üzv olmaq üçün Mətbuat Şurasına müraciət etmiş KİV ilə bağlı hansı işlər görülür?

“Ölkədə ictimai-siyasi proseslər sürətlə cərəyan edir. Mətbuat Şurasının üzvləri də Azərbaycanda baş verən proseslərin içində yer alan insanlardır. Bir qrup üzvlərimiz deputatlardır. Onlar Milli Məclisdə təmsil olunur. Bir qrup üzvlərimiz müxtəlif Kütləvi İnformasiya Vasitələrinin rəhbərləridir. Bir qrup şəxs ictimaiyyəti təmsil edir. Ona görə də, Mətbuat Şurası üzvlük məsələsi ilə bağlı olduqca yaxın müddətlərdə toplaşmır. Bu məsələlər bir az zaman alır. Əlbəttə, bu müraciətlər toplanır, katiblikdə baxılır, sənədlər qaydasındadırsa, idarə heyətinə təqdimat verilir”.

Xəyalə Məmmədova / METBUAT.AZ

Yayda Azərbaycana hansı turistlər üz tutur? - Kimlər gəldi, kimlər getdi... – TIKLAYIN!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR