Bakıda bir həftədə 1337 nəfər xəstəxanalara yerləşdirilib

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına son bir həftə ərzində iyulun 30-dan avqustun 5-dək 13763 ümumi müraciət daxil olub.

Metbuat.az-ın məlumatına görə, onlardan 1337 nəfəri xəstəxanalara yerləşdirilib. Uşaqlar üçün edilən çağırışların sayı 1704, onlardan xəstəxanalara yerləşdirilənlərin sayı isə 225 olub.

Miokard infarktı ilə müraciətlərin sayı 12, hospitalizasiya 12; insultla müraciətlərin sayı 52, hospitalizasiya 52; cərrahi xəstəliklərlə bağlı müraciətlərin sayı 112, hospitalizasiya 112, doğuşla bağlı müraciətlərin sayı 57, hospitalizasiya 57; zədə ilə bağlı müraciətlərin sayı 326, hospitalizasiya 307; 23 avtoqəza hadisəsi nəticəsində xəsarət alanların sayı 30, hospitalizasiya 25 olub.

Dekabr ayında DOLLARLA BAĞLI - İqtisadçı AÇIQLADI - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR