​GÜCLÜ KÜLƏKLƏ bağlı əhaliyə

Ölkə ərazisindəki güclü küləklə bağlı əhaliyə xəbərdarlıq edilib.

Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin Mühafizəsi Şöbəsinin rəisi Orxan Məmmədov Metbuat.az saytına açıqlamasında bildirib ki, insanlardan hündür gövdəli ağacların altında nəqliyyat vasitələrini saxlamamaları xahiş olunur:

“Küləyin sürəti normadan artıq olduğundan ağacların sınma ehtimalı yüksəkdir. Bu səbəblə, insanlar ağacların altından keçərkən ehtiyatlı olsunlar. Bakıda ağacın güclü küləkdən aşma ehtimalı digər regianlara nisbətdə yüksəkdir. Ona görə də, əhaliyə xəbərdarlıq olunur”.

Xəyalə Məmmədova / METBUAT.AZ

İsmayıllının bu kəndində qaz niyə yoxdur? - RƏSMİ AÇIQLAMA! – Tıklayın!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR