Ermənistanın kriminal hərbi-siyasi rejimi öz xalqını informasiya vakkumunda saxlamaqla itkilərini gizlədir və gənclərini girova çevirməklə onları bu mənasız müharibədə qırdırır.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin bildirdiyi kimi münaqişənin yeganə həll yolu işğalçıların ərazilərimizi tərk etməsidir.
Düşmən anlamalıdır ki, bizim yolumuz haqqdır. Silahlı Qüvvələrimiz işğalçıları məhv etməyə daim hazırdır. Ordumuzun arsenalında, xüsusilə özümüzün və digər ölkələrin hərbi-sənaye komplekslərinin istehsalı olan keyfiyyətli, yüksək dəqiqliyə və geniş ərazidə dağıdıcı qüvvəyə malik, silahlanmaya qəbul edilmiş yeni silahlar sayəsində bu vəzifəmizi layiqincə yerinə yetirəcəyik", - deyə müdafiə naziri bildirib.
Görüşdə qoşunların təmas xəttindəki hazırkı vəziyyət, keçirilən monitorinqlərin nəticələri və münaqişəsinin həllinə dair də fikir mübadiləsi aparılıb.