MN: Xarici dövlətlərin hərbi gəmiləri Bakını tərk edib

“Dəniz kuboku-2018” beynəlxalq müsabiqəsində iştirak etmək üçün ölkəmizdə olan İran İslam Respublikası Hərbi Dəniz Qüvvələrinin “Cövşən”, “Peykan” raket katerləri, Rusiya Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının “Volqodonsk” və “Mahaçkala” kiçik artilleriya gəmiləri, eləcə də “SB-45” xilasetmə yedək gəmisi və Qazaxıstan Respublikası Hərbi Dəniz Qüvvələrinin “Manqistau” raket-artilleriya gəmisi avqustun 12-də Bakı limanını tərk edib.

Metbuat.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin məlumatında bildirilir.

Qeyd edək ki, “Beynəlxalq Ordu Oyunları-2018” yarışları çərçivəsində iyulun 28-dən avqustun 11-dək Azərbaycan, Belarus, Qazaxıstan, Çin, İran və Rusiya ərazisində, ümumilikdə, 28 müsabiqə təşkil olunub.

Azərbaycan hərbçiləri 5 müsabiqədə iştirak ediblər. Hərbçilərimiz “Dəniz kuboku” ilə yanaşı, Rusiyada “Tank biatlonu” və “Səhra mətbəxi”, Qazaxıstanda “Artilleriya atəşinin ustaları” və Belarusda “Snayper həddi” müsabiqələrinə qatılıblar.

Türkiyə, Pakistan, Bəhreyn, Səudiyyə Ərəbistanı və ABŞ Silahlı Qüvvələrinin nümayəndələri “Dəniz kuboku–2018” müsabiqəsinə müşahidəçi qismində qatılıblar.

"Fənərbaxça" mövsümə qələbə ilə başladı - VİDEO - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR