Yol gedərkən DİQQƏTLİ OLUN!

Güclü külək zamanı tikinti obyeklərində hər hansı bir bədbəxt hadisənin baş verməməsi üçün işlər dayandırılır.

Lakin tikinti obyeklərinin kənarından keçən vətəndaşlar üçün bəzən təhlükəsizlik tədbirləri tam yerinə yetirilmir. Obyekləri səki ilə ayıran sədd belə güclü külək zamanı təhlükənin mənbəyinə çevrilə bilir.

Vəkillər Kollegiyasının üzvü, vəkil Xəyal Bəşirov Metbuat.az-a açıqlamasında bildirir ki, tikinti obyeklərinin məsul şəxsləri tikinti təhlükəsizlik qaydalarına əməl etməlidir.

Onun sözlərinə görə, məsul şəxslər nəinki tikintidə çalışan işçilərin, həmçinin kənar şəxslərin belə təhlükəsizliyini təmin etməldir:

“Küləkli havada işlərin aparılması üçün təhlükəli hal yaranıbsa, mütləq tikinti dayandırılmalıdır. Çünki külək tikintidə işləyən fəhlələrin həyatları üçün təhlükə yarada bilər. Tikintidə təhlükəsizlik qaydalarına riayət edilməsi ilə bağlı Cinayət Məcəlləsində müddəa var. Məsələn, tikitidən düşüən hər hansı bir əşya nəqliyyat vasitəsini yararsız hala salıbsa, yaxud fərdi yaşayış sahəsi, həmçinin qeyri-yaşayış sahələrinə zərər yetiribsə, zərər çəkən tərəf vurulmuş ziyanla bağlı məhkəməyə müraciət edə bilər. Hadisə nəticəsində sağlamlığa zərər dəyərsə, məsul şəxslər Cinayət Məcəlləsində nəzərdə tutulmuş məsuliyyəti daşıyırlar. Eyni zamanda, xəsarətlə bağlı zərər çəkən şəxslər məhkəmədə maddi və mənəvi ziyanla bağlı iddia qaldıra bilərlər”.

Xəyalə Məmmədova / METBUAT.AZ

Metro və avtobusların qiyməti DÜNYADA – VİDEO – TIKLAYIN!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR