Bakıda qazanxananın tüstü bacasından özünü atmaq istəyən şəxslər xilas edildi

Bakıda qazanxananın tüstü bacasından özünü atmaq istəyən şəxslər xilas edildi
19:05 15 Avqust 2018
40 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı şəhərinin Səbail rayonunda 4 nəfər qazanxananın tüstü bacasına çıxaraq intihara cəhd ediblər.

Milli.Az bildirir ki, Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb. Vətəndaşlarla aparılan psixoloji söhbətlər nəticəsində onlar, özlərinə qəsd etmək fikrindən daşınıblar.

Əməliyyat başa çatıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/incedent/676866.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR