Bakıda dayanacağın ətrafına çəkilən hasar söküldü

Bakı Nəqliyyat Agentliyinin müdaxiləsi ilə Xətai rayonu İnqilab İsmayılov küçəsində avtobus dayanacaq məntəqəsinin ətrafına çəkilən dəmir hasar sökülüb.

Agentlikdən Metbuat.az-a verilən məlumata əsasən, ərazidə piyadaların və müntəzəm marşrut xəttindən istifadə edən sərnişinlərin rahatlığı və təhlükəsizliyi üçün uyğun şəraitin yaradılması işləri aparılır.
Qeyd edək ki, əhaliyə rahat və təhlükəsiz nəqliyyat xidmətlərinin göstərilməsini təmin etmək Bakı Nəqliyyat Agentliyinin prioritetlərindəndir. Bu istiqamətdə zəruri olan bütün tədbirlər görüləcək.

Müdafiə naziri hərbi liseyə baş çəkdi – FOTOLAR – TIKLAYIN!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR