Azərbaycan almaniyalı deputatı arzuolunmaz şəxs elan etdi

Azərbaycan almaniyalı deputatı arzuolunmaz şəxs elan etdi
03:58 21 Avqust 2018
54 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Xristian-Demokratik İttifaqından Almaniya Bundestaqının üzvü olan Albert Vayleri arzuolunmaz şəxslər siyahısına daxil edib və viza verməkdən imtina edib.

“Bild” nəşrinin verdiyi məlumata görə, Vayler Bundestaqın Cənubi Qafqaz ölkələri ilə əməkdaşlıq üzrə parlament qrupunun nümayəndəsidir.

O, 2014 və 2016-cü illərdə Azərbaycanın işğal olunmuş ərazilərinə - Dağlıq Qarabağa səfər edib.

“Bild” yazır ki, Almaniya Xarici İşlər Nazirliyi Vaylerin viza məsələsi ilə əlaqədar gün ərzində Azərbaycan səfirliyi ilə təmasda olub. Lakin bu cəhdlər nəticə verməyib.

Qeyd edək ki, bu həftə Almaniya kansleri Angela Merkel Gürcüstan, Ermənistan və Azərbaycana səfər edəcək (Oxu.az).


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/251088.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR