Müğənni Rüfət Axundov yeni avtomobili ilə fotosunu sosial şəbəkədə paylaşıb.
Milli.Az axşam.az-a istinadən bildirir ki, maşın kolleksiyası olan sənətçi bu dəfə də köhnə sovet avtomobili "Volqa" alıb. Rüfətin maşınındakı bahalı "90 RA 333" dövlət nömrə nişanı da diqqət çəkib. Sənətçi ad və soyadının baş hərflərini seçib.
Qeyd edək ki, Axundovun "Gelandewagen", "Range Rover" kimi maşınları var.
Milli.Az