Körpə ifrazatı DƏRMAN ola bilər - Alimlərdən İNANILMAZ AÇIQLAMA

Amerikalı araşdırmaçılar körpələrin ifrazatında müalicəedici xüsusiyyətə malik bakteriyalar kəşf edib.

Metbuat.az xəbər verir ki, ABŞ-da yayımlanan “Scientific Reports” jurnalındakı məqaləyə görə, bu bakteriya Diabet, piylənmə, Xərçəng kimi xəstəliklərin müalicəsində istifadə edilə bilər.

Şimali Karolina əyalətindəki “Wake Forest” tibb fakültəsindəki araşdırmaçı qrupu körpə ifrazatında olan bakteriyalardan bir probiyotik qarışım əldə edib. Araşdırma üçün 34 sağlam körpənin bezi istifadə olunub. Mütəxəssislər hazırladıqları bakteriya qarışımını siçanlar üzərində tətbiq edib. Siçanlara tək doz və ard-arda beş doz tətbiq olunan probiyotik bakteriya qarışımı sağlamlığa faydalı yağ asitlərinin artmasını təmin edib. Hazırda bu bakteriya qarışığından dərman istehsal olunması da ehtimal olunur.

https://metbuat.az/news/1014579/min-bir-derdin-der...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR