Efiopiyada hərbi helikopter qəzaya düşüb -

Efiopiyada hərbi helikopterin qəzaya uğraması nəticəsində 18 nəfər ölüb.

Metbuat.az-ın Trend-ə istinadən məlumatına görə, ölkənin Müdafiə Nazirliyinə məxsus helikopter Şərqi Şevada qəzaya uğrayıb.

Helikopterin bortundakı 18 nəfərin 15-i hərbçi, 3-ü mülki şəxs olub. Qəza nəticəsində bütün heyət həlak olub.

Hazırda qəzanın səbəbləri araşdırılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR