Xəzər, Binəqədi və Göyçay rayonlarında 709 nəfərin şəxsiyyət vəsiqələri alması üçün müvafiq sənədləri qəbul edilib

13:13 23 Aprel 2015
32 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 23 aprel, AZƏRTAC
Xəbər verdiyimiz kimi, Daxili İşlər Nazirliyi (DİN) rəhbərliyinin tapşırığına əsasən, Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü ilə ölkəmizin şəhər və rayonlarında şəxsiyyət vəsiqələrinin verilməsi və etibarlıq müddəti bitmiş sənədlərin yeniləri ilə dəyişdirilməsi üzrə səyyar xidmətlər keçirilir.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, növbəti belə tədbirlər Xəzər, Binəqədi Rayon Polis idarələri və Göyçay Rayon Polis Şöbəsinin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə həmin rayonlarda baş tutub.
Səyyar xidmətlər zamanı yeni şəxsiyyət vəsiqələrinin verilməsi üçün ümumilikdə 709, o cümlədən Xəzər rayonunun Binə qəsəbəsində 125, Binəqədi rayonunda 348, Göyçay rayonunda isə 236 nəfərin müvafiq sənədləri qəbul olunub.
Vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin olunması məqsədilə mütəmadi şəkildə keçirilən səyyar xidmətlər respublikamızın digər bölgələrində də davam etdirilir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Xezer_Bineqedi_ve_Goychay_rayonlarinda_709_neferin_sexsiyyet_vesiqeleri_almasi_uchun_muvafiq_senedleri_qebul_edilib-848988

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR