Futbol üzrə Nigeriya yığmasının məşqçisi Salisu Yusuf bu ölkənin futbol federasiyası tərəfindən cəzalandırılıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, xəbər verir ki, sözügedən mütəxəssis 1 il müddətinə diskvalifikasiya olunub. Bu müddət ərzində o, futbol üzrə istənilən sahədə fəaliyyət göstərməkdən məhrum edilib. Məlumatda o da bildirilir ki, Salisu 3 ay ərzində 5 min ABŞ dolları məbləğində cərimə ödəməlidir.

56 yaşlı qanalı mütəxəssis jurnalistdən 1000 ABŞ dolları rüşvət almaqda ittiham olunur. O, həmçinin bir neçə futbolçunun başqa klublara transferində vasitəçilik edib ki, bu da milli məşqçiləri üçün qadağandır. Salisunun ittihamları qəbul etmədiyi və qərardan şikayət edəcəyi bildirilir.

Milli.Az