"Qarabağ"ın heyətindəki 12 futbolçu 6 ölkənin milli komandalarına dəvət olunub.

Milli.Az xəbər verir ki, bu oyunçular bütün mövqelər üzrədir. Onlardan 6-sı Millətlər Liqasında sentyabrın 7-də evdə Kosovo, sentyabrın 10-da isə səfərdə Malta ilə qarşılaşacaq Azərbaycan yığmasına dəvət alıb. Söhbət Şahrudin Məhəmmədəliyev, Bədavi Hüseynov, Rahil Məmmədov, Maksim Medvedev, Qara Qarayev və Coşqun Diniyev və Mahir Mədətovdan gedir.

Legionerlərdən Hannes Halldorsson İsveçrə və Belçika ilə görüşlər üçün İslandiya, Ansi Aqolli İsrail və Şotlandiya ilə Millətlər Liqasının oyunları üçün Albaniya, Simeon Slavçev isə Sloveniya və Norveçlə qarşılaşmalar üçün Bolqarıstan, Donald Gerrye Sen-Martenlə CONCACAF Millətlər Liqasının oyunu üçün Haiti, Con Delarj Zimbabve ilə Afrika Millətlər Liqasının qarşılaşması üçün Konqo millisinə dəvət alıb.

"Qarabağ"ın sosial şəbəkə hesabı dəvətlilərindən 4-3-3 təktiki sxemi üzrə və 2 qapıçıdan ibarət rəmzi heyət formalaşdırılıb.

Milli.Az