Uesli Sneyder Hollandiya millisindəki çıxışını başa vurub.

Milli.Az xəbər verir ki, Peruya qarşı keçirilən yoxlama görüşü (2:1) Sneyder üçün narıncı formada sonuncu olub.

Meydana start heyətində çıxan 34 yaşlı futbolçu 62-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, Sneyder Hollandiya yığmasında 2003-cü ildə debüt edib. O, yığmanın heyətində 2010-cu ildə dünya çempionatının gümüş, 4 il sonra isə bürünc medalını qazanıb.

Əlavə edək ki, millidə 134 oyuna çıxan Sneyder 31 qol vurub.

Hollandiya - Peru 2:1

QOLLAR: Memfis Depay, 60, 83 - Pedro Aquino, 13

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Bir eranın sonu - Sneyder milli karyerasını başa vurdu FOTO - VİDEO Hollandiya - Peru 2:1