Daşkəsənin Bayan kəndinin problemləri tezliklə həll olunacaq

Daşkəsənin Bayan kəndinin problemləri tezliklə həll olunacaq
17:43 23 Aprel 2015
65 Ölkə
Ölkə mətbuatı
A- A+


Daşkəsən, 23 aprel, AZƏRTAC
Daşkəsənin Bayan kəndində rayon rəhbərliyi yerli sakinlərin problemlərini dinləyib.
AZƏRTAC xəbər verir ki, kənd sakinləri ilə keçirilən görüşdə rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası istiqamətində respublikamızda, o cümlədən Daşkəsəndə həyata keçirilən tədbirlərdən danışıb.
Sonra çıxış edən sakinlər görülən işlərdən razılıqlarını bildirərək, arzu və təkliflərini çatdırıblar. Qeyd olunub ki, kənd məktəbinin, mədəniyyət evinin, eləcə də kənd körpüsünün əsaslı təmirə, elektrik dayaqlarının və naqillərinin dəyişdirilməsinə ehtiyac var.
Qaldırılan məsələlərin tezliklə həll olunacağı bildirilib.
Görüşdə Prezident Administrasiyasının məsul işçisi Arif Novruzov da iştirak edib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Daskesenin_Bayan_kendinin_problemleri_tezlikle_hell_olunacaq-849114

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR