Əncir necə qurudulur? -

İnsan orqanizmi üçün şəfalı meyvələrdən biri də əncirdir. Soyuq qış aylarında qurudulmuş əncir yemək daha faydalıdır.

Metbuat.az əncir qurutmağın 2 fərqli üsulunu təqdim edir:

1. Günəşdə əncir qurutmaq

Bu üsul təbii olduğu üçün daha çox seçilir. İlk olaraq əncirləri bol su ilə yuyun. Yuduğunuz əncirlərin suyunu təmiz dəsmal ya da salfetka ilə təmizləyin. Meyvələrin hava alması üçün qurudacağınız qabın üstünə tənzif sərin. Daha sonra əncirləri üzərinə düzüb tənziflə üstünü örtün. Sinini günəş dəyən yerə qoyun. 2-3 saatdan bir yoxlayaraq qurudun. Bu üsulla əncirlər 3-5 gün ərzində quruyacaqdır. Hər iki tərəfinin yaxşıca quruması üçün əncirləri çevirməyi unutmayın. Ənciri sıxdığınızda suyu çıxmırsa və yumşaqdırsa deməli, quruyub.

2. Sobada əncir qurutmaq

Əncir qurutmağın ən asan digər üsulu isə sobada qurutmaqdır. 43-46 dərəcədə 12 saat ərzində nəzarət edərək quruda bilərsiniz. Qurutduqdan sonra bir çay qaşığı nişasta əlavə edib saxlayın.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR